Ermənistan-ABŞ hərbi təlimləri regionda Rusiya və İranın maraqlarına təhdiddir. Ermənistanı özünün “qırmızı xətti” hesab edən İran 44 ildir onu sanksiyalara məruz qoyan ABŞ-ın bölgəyə gəlməsindən narahatdır və yaxın “dostunun” xəyanəti onlara baha başa gələ bilər. İran ABŞ-ın Ermənistanda təlim keçən qüvvələrinin böyük ehtimalla regionu tərk etməyəcəyini anladığından narahatlıq keçirir.
KONKRET.az xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında xarici qüvvələrin Cənubi Qafqazda hərbi-təlim keçməsini yolverilməz olduğunu bildirib.
Bu barədə məlumat İranın xarici siyasət idarəsinin sosial şəbəkədəki X səhifəsində yayılıb. Abdullahian ABŞ və Ermənistanın birgə hərbi təlimlərini şərh edərək, xarici qüvvələrin mövcudluğunu “regionda vəziyyəti çətinləşdirən səbəb” adlandırıb. İran diplomatiyasının rəhbəri onu da vurğulayıb ki, Cənubi Qafqaz ölkələri arasında fikir ayrılıqları Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyənin iştirakını nəzərdə tutan 3+3 formatı çərçivəsində həll edilməlidir.
Vəli Həsənov,
KONKRET.az