İrəvanda etiraz aksiyasında saxlanılan müxalifətçilərin sayı 189 nəfərə çatdıbackend

İrəvanda etiraz aksiyasında saxlanılan müxalifətçilərin sayı 189 nəfərə çatdı

Ermənistan polisi müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində İrəvanın mərkəzində küçələri bağlamış 200-dək nümayişçini saxlayıb.

Bu barədə KONKRET.az erməni mediasına istinadən xəbər verir.

“İndiyədək polisin qanuni tələblərinə tabe olmayan 189 nəfər axlanılıb”, – polis nümayəndəsi Edqar Canoyan deyib.

Xatırladaq ki, dünən İrəvanın mərkəzində yerləşən Fransa meydanında toplaşmış müxalifətçilər gecə-gündüz etiraz aksiyası keçirmək üçün çadırlar qurublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*