İrəvanda müxalifət növbəti mitinqə anti-Azərbaycan plakatlarla çıxıb.
KONKRET.az Erməni müxalifəti Xarici İşlər Nazirliyinin binasına doğru yürüşə başlayıb.
Müqavimət hərəkatının üzvləri Respublika meydanına çatıblar. İndi onlar Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşünün keçiriləcəyi Xarici İşlər Nazirliyinin binasına doğru gedirlər.
Qeyd edək ki, artıq Sergey Lavrov İrəvandadır. Onun İrəvanda bir sıra görüşlər keçirəcəyi planlaşdırılıb.
Xuraman Etibarlı,
KONKRET.az
