İrəvanda polis bölməsinə hücumla bağlı 2 nəfər həbs edildibackend

İrəvanda polis bölməsinə hücumla bağlı 2 nəfər həbs edildi

Ermənistan paytaxtı İrəvanda Nor-Nork polis idarəsinin inzibati binasına hücumla əlaqədar təqsirləndirilən şəxslərdən ikisi həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Xatırladaq ki, martın 24-də üç silahlı şəxs Nor-Nork polis idarəsinin inzibati binasına daxil olmağa cəhd edib. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edənlər qumbaradan istifadə ediblər və partlayış nəticəsində iki nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*