İrkutskda 706 min hektardan çox meşə sahəsi yanırbackend

İrkutskda 706 min hektardan çox meşə sahəsi yanır

Rusiyanın İrkutsk vilayətində yanğın 706 min hektardan çox meşə sahəsinə yayılıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumət orqanları məlumat yayıb.

Bir gün öncə mövcud yanğının 710 min hektar ərazini əhatə etdiyi bildirilmişdi.

Yerli orqanlar avqustun 8-də regionda 370 hektar meşə sahəsində 12 yanğın ocağının söndürüldüyünü bildirib.

Bu gün səhər saatlarında 25 min hektardan çox ərazidə 18 yanğın ocağı meydana çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*