“İrqçi şorbası”: FTB-nin keçmiş direktoru ölkədəki vəziyyəti bu cür təsvir etdi və Trampı suçladıbackend

“İrqçi şorbası”: FTB-nin keçmiş direktoru ölkədəki vəziyyəti bu cür təsvir etdi və Trampı suçladı

 

FTB-nin keçmiş direktoru Ceyms Komi ABŞ-da son günlərdə baş verən qırğınlara ABŞ prezidenti Donald Trampın səbəbkar olduğunu söyləyib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə Ceyms Komi “The New York Times” qəzetindəki məqaləsində yazıb.

“ABŞ çoxdandır milli həyatının mərkəzində radioaktiv irqçi şorbaya malikdir. Donald Tramp bundan siyasi mənafeləri üçün istifadə etməyi hesablayır. Lakin prezident daha təhlükəli yoldadır”,-deyə keçmiş direktorun məqaləsində yazılıb.

“Donald Tramp yenidən seçilmək məqsədilə bu cür yolla, utanmazlıqla idarəçilik rıçaqlarını əlində saxlamağa çalışır”, – deyə Ceyms Komi qeyd edir.

FTB-nin keçmiş direktoru hər ABŞ prezidentinin ölkənin dərinliklərində qalan irqçilik probleminin nə dəcərədə dəhşətli olduğunu bildiyini vurğulayır. Onun fikrincə, hər bir dövlət başçısı ağ irqin üstünlüyü fikrinin qeyri-qanuni olduğunu ucadan dilə gətirməli, insana rənginə görə zorakılığı terrorizm kimi dəyərləndirməlidir.

Ceyms Komi buna görə də ABŞ prezidentinin açıq şəkildə irqçiliyi lənətləməli olduğunu düşündüyünü yazıb.

“Siz bizlərə tvitterdə başsağlığından daha çox şey borclusunuz”,-deyə Ceyms Komi prezidentə bu sözlərlə müraciət edib.

Xatırladaq ki, son günlərdə ABŞ-da mülki əhalinin üzərinə atəş açılması nəticəsində 29 insan ölüb. 50-dən çoxu yaralanıb. Cinayətlərin ABŞ-da baş alıb gedən irqçilik və anti-immiqrant əhval-ruhiyyənin təsiri ilə törədildiyi bilinir.

Ümumiyyətlə, 2019-c il girdiyindən bu yana ABŞ-da 250-dən çox kütləvi atışma qeydə alınıb. Belə çıxır ki, Birləşmiş Ştarlarda demək olar ki, hər gün kütlə üzərinə atəş açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*