İsa Qəmbər: “Ya Qarabağ, ya müstəqillik. Biz də təbii ki, müstəqilliyimizi seçdik..” – TARİXbackend

İsa Qəmbər: "Ya Qarabağ, ya müstəqillik. Biz də təbii ki, müstəqilliyimizi seçdik.." - TARİX

Surxay Atakişiyev

4 iyun 1993-cü il… Bu  gün müasir Azərbaycan tarixinin ən qara və qaranlıq səhifələrindən biridir. Ona görə ki, məhz bu gün qardaş-qardaşın qanını axıtdı. Bu günün qalibləri olmadı. Hər kəs məğlub idi. O gün miilli birliyimiz çox böyük zərər gördü. Bir çox dəyərlərimiz məhz o günlər dəfn edildi. Amma nə yazıq ki, o qara tarixdən 27 il ötməsinə baxmayaraq, bəzi adamlar 4 iyunla yenə siyasi manipulyasiya edir, günahkar axtarır.

Hətta özünü o günün qəhrəmanı kimi təqdim edənlər də tapılır. Surət Hüseynov “You Tube”-da özünün müsahibələrini yayımlayır. AXC-Müsavat təmsilçiləri də öz növbəsində Surət bəyi günahkar kimi ittiham etməkdə davam edir. Onlardan biri, o dövrdə Azərbaycanda Milli Təhlükəsizlik nazirinin birinci müavini işləmiş Sülhəddin Əkbər də Moderator.az-a ötən gün bəzi açıqlamalar edib. Bu açıqlamalarsa, məni bu yazını yazmağa vadar etdi. Sülhəddin bəy müsahibəsinə bu sözlərlə başlayır: “Bu hadisə barədə gənc nəsil həqiqətləri bilmir…” Sonra da özünün həqiqət bildiklərini sadalayır. Guya Surət Hüseynovu xarici qüvvələr dəstəkləyirdi və ilaxır və sair.

Hörmətli Sülhəddin bəy bir şeyi unudur ki, Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini hər zaman istəməyən, qəbul etməyən xarici qüvvələr olub və bu gün də var. Həmin qüvvələr də hər zaman Azərbaycanı qarışıdırmaq üçün məqam axtarıb. Bu məqamı da düşmənlərimizə bir illik hakimiyyətləri dövründə AXC-Müsavat iqtidarı verdi. Sülhəddin bəy daha sonra deyir: “Xarici dəstək verən qüvvələr hansılar idi? Başda, təbii ki, Rusiya idi, bu, açıq şəkildə baş verirdi. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) və Federal Təhlükəsizlik Xidməti (FSB) bu qiyamın əsas təşkilatçısı idilər. Digər tərəfdən, İran və “Dəmirəl Türkiyəsi” də dəstək verirdi. Türkiyə dövlət olaraq deyil, məhz “Dəmirəl Türkiyəsi”.

Burada bir neçə transmilli şirkəti də unutmaq olmaz – BP və “Lukoil” başda olmaqla…”

Bir sözlə, Sülhəddin bəy 4 iyun hadisələrinə görə bütün dünyanı günahkar çıxarır. Amma bir şeyi unudur ki, dünyanın Azərbaycanla yox, o vaxtkı iqtidarla alıb-verə bilmədikləri var idi. O vaxt  xarici qüvvələri Azərbaycanla düşmən edən nə idi?! Bu sualın çox qısa cavabı var- “AXC-Müsavat” iqtidarının yarıtmaz xarici siyasəti. Bir illik hakimiyyətləri dövründə Rusiya, İran, Gürcüstan və Allahın Türkmənistanı (Sülhəddin bəy Türkiyəni də bu siyahıya salıb) Azərbaycana düşmən kəsildi. Azərbaycan iqtisadi və siyasi blokadaya alındı.

Nəyə görə? Yenə deyirəm, “AXC-Müsavat” iqtidarının yarıtmaz xarici siyasəti hesabına. Bir illik fəaliyyətləri döründə bu iqtidar Rusiyanı Azərbaycana düşmən elədi. Nəyə görə? Cavab çox sadədir. O zaman Rusiya öz ordusunun dislokasiya üzrə bəzi qüvvələrini müvəqqəti olaraq Azərbaycanda saxlamaq istəyirdi. AXC-Müsavat iqtidarı da qəti şəkildə qonşularımızın bu istəyinə qarşı çıxdı. Nəticədə ruslar bizə “dost ikən, düşmən oldu”.

1992-ci ilin yayında o vaxtkı parlamentin sədri İsa Qəmbər fəxrlə deyirdi ki, Rusiya bizim qabağımıza iki şərt qoymuşdu: “Ya Qarabağ, ya müstəqillik. Biz də təbii ki, müstəqilliyimizi seçdik..” Və o zaman Azərbaycandan çıxarılan Rusiya ordusu Ermənistanda və Dağlıq Qarabağda yerləşdirildi.Sonradan bu ordunun gücü ilə Qarabağ və ətraf ərazilər addım-addım ermənilər üçün işğal edildi. İIndi mən Sülhəddin bəyə və onların keçmiş həmfikirlərinə bir sual vermək istəyirəm: Ukraynada, Belarusda, Qazaxstanda, Özbəkistanda, lap elə Allahın Türkmənistanında bəyəm o vaxt rus qoşunları yox idi?! Bəs onlar niyə müstəqil dövlət oldular. Deməli, günah ruslarda yox, AXC-Müsavat hakimiyyətində olub. Məhz bu iqtidarın səbatsız və səriştəsiz siyasəti hesabına dünyanın fövqəlgücü olan Rusiya Azərbaycana düşmən kəsildi…

Bəli, Sülhəddin bəy, müasir gənclik bu həqiqətləri bilmir. Yeri gəlmişkən, müasir gəncliyin bir şeyi də bilməsi vacibdir. Belə ki, Qarabağ müharibəsi başlayanda Azərbaycana ilk iqtisadi və siyasi dəstək verən ölkələrdən biri İran oldu. Hətta 1992-ci ilin əvvəllərində münaqişənin həlli üçün İran Azərbaycanla-Ermənistan arasında vasitəçilik edirdi. Amma AXC-Müsavat qüvvələri hakimiyyətə gələn kimi İranı Azərbaycanın düşməni elan etdi.

Sabiq Prezident Əbülfəz Elçibəy şəxsən İrana qarşı torpaq iddiasını irəli sürdü, Böyük Türküstandan dəm vurdu, iranlı jurnalisti mətbuat konfransında təhqir etməkdən belə çəkinmədi. Bundan sonra İran Azərbaycanla bütün əlaqələri kəsdi. Düz deyirsiniz, Sülhəddin bəy, bu həqiqəti də müasir gənclik gərək bilsin. Bir illik hakimiyyətləri dövründə erməni dığaları ilə bacarmayan AXV-Müsavat iqtidarı Gürcüstana qarşı da torpaq iddiası irəli sürdü. Nəticə nə oldu?

Gürcü millətçiləri, başda sabiq prezident Qamsaxurdiya olmaqla azərbaycanlılara qarşı repressiyaya başladılar. Soydaşlarımız qədim Borçalı torpaqlarından qovulmağa başlanıldı.  Ən nəhayət, şərq qonşumuz olan Türkmənistan da o vaxtkı iqtidarın yarıtmaz siyasəti hesabına Azərbaycanla bütün siyasi-iqtisadi əlaqələri kəsdi. Nəyə görə? Təbii ki, AXC-Müsavat iqtidarının yarıtmaz siyasətinə görə. Sülhəddin bəyə bu yerdə bir xatırlatma etmək istəyirəm. Belə bir deyim var. Böyük dövlətlərin böyük, kiçik dövlərlətinsə müdrik siyasəti olanda həmin dövlət qüdrətli və basılmaz olur. Sizin iqtidarın da heç vaxt müdrik siyasəti olmadı. Aradan 30 illik zaman fasiləsi keçsə belə sizlər yenə də müdrikləşə bilmədiniz….

  • GEBER
    İyun 3, 2020 - 21:32

    Hörmətli Surxay Atakişiyev : Möhtəşəm intellektual səviyyəli məqalənizi dönə dönə oxudum hər dəfə politologiya üzrə xrestomatiya deyil yüksək bir səviyyəyə görə qürur hissi keçirtdim , hə dostlar vətən yiyəsiz deyil , hələ şükürlər olsun agi qaradan nənəm də seçər ağin içində aği seçən insanlar Surxay Atakişiyev timsalinda vardir hələ. Çörək bol olsa basilmaz vətən maymaq ideyadir , yalniz səviyyəli strateq toxumlar olan yerdə basilmaz vətən sonra bəşəriyyət . NƏ vaxtsa Sizinlə üzbəüz oturub qulaq asmaq ümüdü ilə , çox yazmiram , ki qarşimdaki SENZOR -hər şeydən halidir .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*