ATV telekanalındakı vəzifəsindən ayrılan jurnalist Vaqif Aydınoğlunun “Azərişıq” ASC-nin mətbuat xidmətinə rəhbər təyin olunması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayevlə əlaqə saxladıq.
KONKRET.az xəbər verir ki, T.Mustafayev açıqlamasında məlumatın doğru olmadığını və hazırda işinin başında olduğunu bildirib.
Əldə etdiyimiz məlumata görə, jurnalist Vaqif Aydınoğlu “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə müavin təyin edilib. Amma hələlik onun təyinatı ilə bağlı əmr verilməyib. Həmçinin yaxın günlərdə “Azərişıq” ASC-də sturktur islahatları aparılacağı, qurumda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılacağı bildirilir.
T.Mustafayevin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, V.Aydınoğlunun isə mətbuat katibi təyin olunacağı qeyd edilir.
Modern.az
