İşindən istefa verən adam son maaşını alanda şoka düşdü – FOTOLARbackend

İşindən istefa verən adam son maaşını alanda şoka düşdü - FOTOLAR

ABŞ-ın Corciya ştatında işindən istefa verən Andreas Flaten son maaşını görəndə şoka düşüb.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, işindən ayrılarkən onun şirkətdə 915 dollar pulu qalmışdı. Borclarını aylar sonra götürən Flaten maaşını necə alacağını görəndə təəccüblənib.

Belə ki, o, pullarını qəpiklərlə araba və vedrələrdə qəbul etməli olub. “İndi gecələrim pul təmizləməklə keçir, bundan sonra bu qəpikləri kağız pula çevirə bilərəm”.

Flaten “Bu işə çox səy sərf etdim, ədalətli yanaşma deyil” deyib.

Şirkət sahibi Miles Ualker vurğulayıb ki, önəmli olan Flatenin pulunu almasıdır. O, açıqlamasında keçmiş işçisinə söyüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*