İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət aldıbackend

İsmayıllıda yol qəzasında 4 nəfər xəsarət aldı

İsmayıllı rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, hadisə rayonun Balik kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-21099” və “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”ın sürücüsü Akif Ağamirov və üç sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*