İspaniyada koronavirusdan ölənlərin sayı daha 551 nəfər artmaqla 19,130-a çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi bildirib.
Ölkə üzrə yoluxanların ümumi sayı isə son 24 saatda 5,183 nəfər artaraq 182,816-ya yüksəlib.
Qeyd edək ki, dünyada 135,564 nəfər koronavirusdan həyatını itirib.
