İspaniyada qeyri-adi dünya çempionatı qalmaqalla başa çatdıbackend

İspaniyada qeyri-adi dünya çempionatı qalmaqalla başa çatdı

İspaniyada birmənalı qarşılanmayan dünya çempionatı səs-küylü nəticələrlə yekunlaşıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu çempionat seksual xarakterli şəxslərin bacarıqlarını müəyyən edir. Məlumata görə, kişilər arasında seks üzrə dünya çempionu italiyalı Kapitano Erik, qadınlar arasında isə isveçli Nausi Lav olub.

Artıq dünya çempionatında yeddi iştirakçı vaxtından əvvəl yarışı tərk edib. Təşkilatçılar mükafatlandırma mərasiminin videosunu YouTube-da müsabiqə kanalında yerləşdirib.

İsveç Seks Federasiyasının (SSF) təşkil etdiyi dünya çempionatı martın 5-də başlayıb və aprelin 5-dək davam etməli idi. Malaqa şəhərində Almaniya, İtaliya, ABŞ, Norveç, İsveç, Kolumbiya, Braziliya, Nigeriya və Xorvatiyadan olan iştirakçılar mübarizə aparıblar. Lakin təşkilatçılar martın sonunda müsabiqəni yarımçıq dayandırıb qalibləri elan etməli olublar. Çempionatın təşkilatçısı Draqan Bratiç deyib ki, bəzi iştirakçılar zədələrə görə yarışı tərk etmək məcburiyyətində qalıblar, digərləri isə yarış nizamnaməsi ilə qadağan edilən alkoqol və narkotik istifadəsinə görə diskvalifikasiya edilib.

Qovulmuş iştirakçılar təşkilatçıları dələduzluqda və müsabiqə üçün vəd olunan pulu ödəməməkdə ittiham ediblər. Təşkilatçılar bu ittihamları rədd ediblər. Çempionatın saytındakı səsvermə səhifəsinə əsasən, aşağıdakılar müsabiqədən kənarlaşdırılıblar: İsveçdən Anna Viktoriya və Qreyt Con, ABŞ-dan Karli Peyc və Cermeyn Lavender, həmçinin Kolumbiyadan Latın Barbii və Böyük Britaniyadan Markus London.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*