“İsrael-Alma”dan SENSASİYA: “Ermənistanı “Qüds” qüvvələri dəstəkləyir”backend

“İsrael-Alma”dan SENSASİYA: "Ermənistanı “Qüds” qüvvələri dəstəkləyir"

İsrailin “İsrael-Alma” tədqiqat mərkəzi “Ermənistan İranın Suriya və Livana hava dəhlizinin tranziti rolunu oynayırmı?” adlı məqalə dərc edib. 

KONKRET.az xəbər verir ki, məqalədə Ermənistanın İranla hərbi əməkdaşlığı, xüsusən də Ermənistanın 2007-ci ildə necə silahlanması barədə məqamlara toxunulub.

Suriyadakı erməni icmasının Amerika qoşunlarına qarşı istifadə etdiyi raketlərlərin haradan alınmasına diqqət ayrılıb. Həmçinin İran və Ermənistan arasında əməkdaşlığa toxunan müəllif İranın Ermənistanı müdafiə etməsinə də toxunub.

Qeyd edilib ki, vaxtı ilə Ermənistandan İrana xeyli sayda raketlər verilib. Məqalə müəllifi 2007-ci ildə Ermənistanın İrana göndərdiyi raketlərdən İraqdakı Amerika qoşunlarına qarşı istifadə edildiyini də yazıb. Məqalədə daha sonra deyilir: “İran Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyir və bu ərazidə İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələri fəaliyyət göstərir”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*