Qətər danışıqlarında iştirak edən İsrail nümayəndə heyəti mübadilə müqaviləsi çərçivəsində azad ediləcək yaraqlıların sayı ilə bağlı ABŞ-ın güzəştli təklifi ilə razılaşıb.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, hazırda Doha HƏMAS-ın bu təklifə cavabını gözləyir. Aydınlaşdırılır ki, İsrail və HƏMAS-ın razılığa gəlməsinə mane olan məsələlərdən biri yaraqlıların girovlar müqabilində azad edilməsini tələb etdikləri fələstinli məhbusların sayı olub.
HƏMAS hələ də hələ cavabını verməyib. Mossadın rəhbəri və danışıqlar qrupunun digər üzvləri Qətərdə işlərini davam etdirirlər.
İsrail hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
