İsrail Dəməşq aeroportuna hava zərbələri endirdi – Ölənlər varbackend

İsrail Dəməşq aeroportuna hava zərbələri endirdi - Ölənlər var

İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endirib, ölənlər var.

KONKRET.az xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Dəməşq beynəlxalq hava limanına endirilən hava zərbələri nəticəsində iki suriyalı əsgər ölüb, iki əsgər yaralanıb.

Qeyd olunub ki, zərbələr zamanı hava limanına maddi ziyan dəyib və dəyən ziyan nəticəsində paytaxtın əsas beynəlxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Agentlik regional kəşfiyyat mənbələrinə istinadən bildirib ki, zərbələr İranın “Qüds” qüvvələri və əlaqəli silahlı qruplaşmaların nəzarətində olan məntəqəyə endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*