İsrail ordusu: “Bütün girovlar qaytarılana qədər müharibə davam edəcək”backend

İsrail ordusu: "Bütün girovlar qaytarılana qədər müharibə davam edəcək"

HAMAS ilə atəşkəsdən sonra İsrail hərbçiləri dərhal Qəzza zolağına zərbələr endirməyə qayıdacaq.

KONKRET.az xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi deyib.

Halevi bildirib ki, atəşkəs və girov razılaşması İsrail ordusunun HAMAS üzərində təzyiqi olmadan baş tutmayacaqdı.

“Biz bütün girovları qaytarana qədər bu səyləri dayandırmaq niyyətində deyilik, istəmirik və buna hazır deyilik… Onları geri qaytarmaq bizim mənəvi borcumuzdur”, – general vurtulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*