İsrail ordusu Qəzza zolağında “Dünya mərkəzi mətbəxi” qeyri-hökumət təşkilatının (QHT) könüllülərinin İsrail Müdafiə Qüvvələrinin “İDF” səhv zərbəsi nəticəsində həlak olduğunu etiraf edib.
KONKRET.az-ın məlumatına görə, İsrail ordusunun bəyanatında deyilir ki, könüllüləri Fələstinin HƏMAS hərəkatının silahlı radikalları ilə səhv salıblar.
İstintaq belə nəticəyə gəlib ki, humanitar təşkilatın üzvlərinin avtomobilinə hücumu etiraf edən hərbçilər hədəfin Həmas yaraqlıları olduğunu güman edib.
“Yanlış identifikasiya, qərar qəbul etmə zamanı səhvlər və standart əməliyyat prosedurlarına zidd olan hücum nəticəsində böyük uğursuzluq baş verib”, – deyə IDF bildirib.
İsrail ordusu hücumu ordunun ciddi səhvi adlandırıb. Qeyd olunub ki, sözügedən məslədə məsuliyyət daşıyan zabitlər tutduqları vəzifələrdən uzaqlaşdırılacaq.
Burhan,
KONKRET.az
