“Biz elə bu gün İranda əməliyyata hazırıq”.
KONKRET.az xəbər verir ki, bu barədə İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi bildirib.
“Biz bu gün İranda əməliyyata hazırıq. İsrail ordusu uzaqdan necə əməliyyat aparacağını bilir, biz də yaxından necə əməliyyat edəcəyimizi bilirik. Yaxın illərdə İDF İrana münasibətdə öz imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək və bu cavab heyrətamiz olacaq”, – Halevi deyib.
O, son zamanlar ABŞ ilə çətin münasibətlərdən də danışıb.
“İsrail istənilən təhlükəsizlik problemini təkbaşına həll etməyi bacarır. Lakin ABŞ-ın bizim tərəfimizdə olması yaxşıdır.
Biz təkbaşına necə hərəkət edəcəyimizi bilirik, qərar qəbul etmək və hərəkət etmək hüququnu özündə saxlayan suveren ölkəyik.
Birləşmiş Ştatların yanımızda olması yaxşıdır, amma mütləq deyil”, – deyə Baş Qərargah rəisi əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az
