Təl-Əviv Qəzza zolağına 100 min əsgər göndərə bilər – Julian Röpkebackend

Təl-Əviv Qəzza zolağına 100 min əsgər göndərə bilər - Julian Röpke

İsrailin antiterror əməliyyatı çərçivəsində Qəzzaya 100 minə qədər İsrail əsgəri daxil ola bilər.

KONKRET.az xəbər verir ki, BILD hərbi eksperti Julian Röpke deyib.

Ekspert qeyd edib ki, İsrail təyyarələri “Dəmir Qılınclar” Əməliyyatının quru hissəsinə hazırlıq çərçivəsində 1700 hədəfi vurub. Qəzza zolağında 2 milyondan çox insan yaşayır ki, bunun da 100 mini HƏMAS hərəkatına aiddir. İsrail ordusu daha əvvəl anklavın şimalında və şərqində yerləşən yeddi zonanın sakinlərini ərazini tərk etməyə çağırıb, çünki orada tezliklə döyüşlər başlayacaq.

“İsrail Qəzzaya 100 minə qədər əsgər, minlərlə tank və zirehli texnikanın daxil olmasını planlaşdırır”, – Röpke bildirib.

Ekspertlərin fikrincə, Qəzzadakı quru əməliyyatı, mülki şəxslər də daxil olmaqla, ən qanlı müharibələrdən biri olacaq.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*