İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı genişmiqyaslı əməliyyata başladığını elan edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS terror təşkilatının hədəflərinə qarşı genişmiqyaslı əməliyyata başlayır. Əlavə təfərrüatlar bundan sonra veriləcək”, – məlumatda deyilir.
Bundan əlavə, İsrailə qarşı terror hücumlarını istiqamətləndirmək üçün istifadə edilən Cebaliyadakı komanda-nəzarət məntəqəsi də hücuma məruz qalıb”, – hərbçilər qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
