İsrail Suriyada İrana məxsus pilotsuz uçan aparatların yığılması zavodunu məhv edib
KONKRET.az xəbər verir ki, bu barədə bazar günü, oktyabrın 23-də Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzinin (SOHR) ekspertləri məlumat veriblər.
İsrail qüvvələri PUA istehsalına raketlərlə hücum edib. Nəticədə pilotsuz təyyarələrin yığılması üçün istifadə edilən hərbi logistika və avadanlıq məhv edilib.
Oktyabrın 21-də İsrail Müdafiə Qüvvələri Suriyada pilotsuz təyyarələrin yığılması zavoduna raket zərbələri endirib.
Təşkilatın mənbələrinə görə, İsrail hərbçiləri Dəməşqin qərb hissəsindəki Dimas hərbi hava limanı ərazisində PUA istehsalına raket hücumu həyata keçirib. Nəticədə pilotsuz təyyarələrin yığılması üçün istifadə edilən hərbi logistika və avadanlıq məhv edilib. Layihədə qeyd olunub ki, son vaxtlar İran hökuməti və onun dəstəklədiyi qüvvələr hərbi hava limanını demək olar ki, tamamilə nəzarətə götürüb, Hizbullah üzvləri strateji silahları saxlamaq üçün hava limanında və onun ətrafında qazma işləri aparır.
Qeyd edək ki, İranın “İnqilab Keşikçiləri”nin ekspertləri və Livan Hizbullahının İranda təlim keçmiş bir neçə eksperti də Dimas hava limanında görüntülənib. Layihə xatırladılıb ki, fevralın 9-da İsrail qüvvələri artıq Suriya ərazisinə, xüsusən də Hizbullahın anbarlarının cəmləşdiyi əraziyə hücumlara başlayıb.
İyulun 22-də isə İsrail Müdafiə Qüvvələrinin Suriyada İran pilotsuz təyyarələri istehsal edən fabrikə də hücum etdiyi bildirilir. Hücum nəticəsində ərazidəki anbar tamamilə dağılıb.
Xuraman Etibarlı,
KONKRET.az
