İsraildən Suriyaya raket hücumu: Yaralanalar varbackend

İsraildən Suriyaya raket hücumu: Yaralanalar var

İsrail Suriyanın Həma bölgəsindəki Masyaf şəhərinə raket atıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Suriya hava hücumundan müdafiə sistemləri raketlərin bəzilərini havada məhv edib.

Hücumda 2 mülki vətəndaşın yaralandığı bildirilib.

Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən verilən açıqlamada qeyd edilib ki, İsrail İranın dəstəklədiyi silahlı qruplaşmaları və sursat anbarlarını hədəf alıb.

Xatırladaq ki, Suriyanın şərqindəki ABŞ qüvvələri də son 24 saatda iranpərəst yaraqlılara qarşı hücumları artırıb və ən azı 9 nəfəri öldürüb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*