“Qəzza zolağında atəşkəs əldə olunarsa, İsrailə qarşı cavab zərbəsindən imtina etməyə hazırıq”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran müxtəlif diplomatik kanallardan ABŞ-a mesaj göndərib.
Xatırladaq ki, İsrail Sülahlı Qüvvələrinin raket zərbəsi ilə İran konsulluğu vurulub. Bir neçə İren generalı məhv edilib. Rəsmi Tehran İsrailə cavab zərbəsi hüququnun olduğunu bildirib. ABŞ isə İranı bu addımdan çəkinməyə çağırıb.
ABŞ tərəfi Tehranın çağırışına hələ ki, reaksiya verməyib.
Natiq Səlim,
KONKRET.az
