İsrailin Azərbaycandakı keçmiş səfiri Corc Dik xristian dünyası ilə işlər üzrə xüsusi nümayəndə təyin edilib.
KONKRET.az bu barədə “The Times of Israel” nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən, bu vəzifəyə o, İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən təyin edib. Bu təyinat İsrailin dünya miqyasında xristian icmaları ilə əlaqələrini dərinləşdirmək məqsədi daşıyır.
Qeyd edək ki, C.Dik 18 illik təcrübəyə malik peşəkar diplomatdır. O, son vaxtlara qədər İsrailin Azərbaycandakı səfiri vəzifəsini tutub və ölkə tarixində bu posta təyin olunan ilk xristian səfir olub. Dik, həmçinin Xarici İşlər Nazirliyində “görkəmli rəhbər” adına layiq görülüb.//oxu.az
