“İsrail Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirmək planlarından əl çəkmir. Əməliyyatın başlama tarixi artıq müəyyənləşib”.
KONKRET.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
Bununla belə, o, yenə də konkret tarix açıqlamayıb.
“Bu gün mən Qahirədə aparılan danışıqlarla bağlı ətraflı hesabat aldım. Biz daim öz məqsədlərimizə nail olmaq üçün çalışırıq – ilk növbədə bütün girovlarımızı azad etmək və Həmas üzərində tam qələbəyə nail olmaq. Bu qələbə üçün Rəfaha daxil olmaq və oradakı terrorçu batalyonları məhv etmək lazımdır. Bütün bunlar hamısı reallaşacaq. Bir tarix var” – deyə Netanyahu bildirib.
Burhan,
KONKRET.az

Həmas üzərində qələbə qazansaz belə yenə də Fələstindən zorla alınan torpaqlar sizin məzarlığınız olacaq.