İsrailli girovların ikinci qrupunun azad edilməsi təxirə salındıbackend

İsrailli girovların ikinci qrupunun azad edilməsi təxirə salındı

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı Əl-Qəssam Briqadaları İsrail tərəfi atəşkəs razılaşmasının şərtlərinə əməl edənə qədər ikinci qrup israilli girovların azad edilməsini təxirə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında verdiyi bəyanatda deyilir.

HƏMAS Siyasi Bürosunun rəhbərinin media üzrə müşaviri Taher əl-Nunu şənbə günü “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını dəfələrlə pozub.

Onun sözlərinə görə, israillilər yük maşınlarının ölkəyə girişi ilə bağlı müqavilənin müddəalarına da əməl etmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*