“İST PETROL”-da benzinə su qatıldığı RƏSMƏN TƏSDİQLƏNDİ: “Aradan qaldlırılacaq” + VİDEObackend

“İST PETROL”-da benzinə su qatıldığı RƏSMƏN TƏSDİQLƏNDİ: “Aradan qaldlırılacaq” + VİDEO

Bu gün sosial şəbəkələrdə “İST PETROL” yanacaqdoldurma məntəqəsində satılan avtomobil yanacağının keyfiyyəti ilə bağlı görüntülər yayılıb. İddia olunub ki, yanacağa benzinlə birlikdə su qatılır.

KONKRET.az xəbər verir ki, sözügedən görüntülərə “SOCAR PETROLEUM” QSC-nin mətbuat xidməti münasibət bildirib.

Açıqlamada deyilir:

“SOCAR PETROLEUM” QSC 11.04.2024-cü il tarixində “İST Petrol” MMC rəhbərliyi tərəfindən qəbul edilən yanacağın keyfiyyəti ilə bağlı narahatedici məlumat alan kimi məsələni nəzarətə götürmüşdür.

“SOCAR PETROLEUM” QSC üçün ən vacib məsələ müştəri məmnuniyyəti olduğundan yaranmış texniki problem (“SOCAR PETROLEUM” QSC yə məxsus Neft terminalı bazasındaçənə su sızması) nəticəsində sürücülərə dəymiş bütün maddi məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki,11.04.2024-cü il tarixdə “İST Petrol” MMC-yə məxsus Əhmədli filialındakı yanacaqdoldurma məntəqəsindən bir neçə saat ərzinda yanacaq dolduran sürücülərin problemləri qeydə alınmış və onlarıın qısa müddət ərzində aradan qaldırılacağı bildirilmişdir”.

  • Mais
    Aprel 12, 2024 - 07:08

    İST petrolsa həmişə keyfiyyətli yanacaq olardı, amma kalan da kəsirdilər yanacağı…

Mais üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*