İstanbul zəlzələsində mindən çox binaya zərər dəydibackend

İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.

KONKRET.az axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum X sosial şəbəkəsində bildirib.

“Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1025-nə cüzi ziyan dəyib, 12300-dən çoxuna ziyan dəyməyib”, – Kurum qeyd edib.

Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.

Qeyd edək ki, bundan öncə nazir zəlzələdə 437 binaya zərər dəydiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*