İstanbulda 5 mərtəbəli bina uçdu – VİDEObackend

İstanbulda 5 mərtəbəli bina uçdu - VİDEO

İstanbulun mərkəzində istifadə olunmayan 5 mərtəbəli bina uçub.

KONKRET.az “DHA” agentliyinə istinadən xəbər verir ki, Karaköydə yerləşən bina səhər saatlarında qismən uçmağa başlayıb və yerli vaxtla 15:00-da tamamilə uçub.

Binanın uçma təhlükəsi olduğundan tikilinin yerləşdiyi küçə səhər saatlarından qismən bağlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, binanın bərpasına başlanılmasına dair qərar hələ 2015-ci ildə verilsə də, tikilinin sahibi işlərə başlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*