Türkiyənin İstanbul şəhərində iki metrobüs toqquşub.
KONKRET.az “Haber Global”a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 50 nəfər yaralanıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin durumu ağırdır.
Hadisə ilə bağlı sürücülər saxlanılıblar. Onlardan biri ifadəsində əyləc sisteminin işləmədiyini bildirib.