İsveçrə silahlarını Ukraynaya göndərməyi qadağan etdibackend

İsveçrə silahlarını Ukraynaya göndərməyi qadağan etdi

İsveçrə öz silahlarının münaqişədə iştirak edən ölkələrə verilməsini qadağan edir.

KONKRET.az “Russia Today”a istinadən xəbər verir ki, İsveçrənin bu mesajı dolayısı ilə Almaniyaya addir.

Səbəb isə Almaniya Müdafiə Nazirliyinin bir müddət əvvəl anbarlarda olan, içərisində İsveçrə silahlarının da olduğu silahları Ukraynaya keçirməyə hazır olduqlarına dair bəyanatı olub.

Söhbət, İsevçrə istehsalı olan və Almaniya anbarlarında qalan Gepard ZSU üçün 35 millimetrlik mərmilərdən gedir.

Belə ki, əslində Almaniya İsveçrə tərəfinin razılığı olmadan bu sursatları üçüncü ölkələrə verməməyi öhdəsinə götürüb. Həmçinin, İsveçrənin neytral statusu, ölkənin istehsal etdiyi silahların Ukraynaya ixracını qadağan edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*