İşxan Saqatelyan: “Azərbaycan alternativ yol çəkir, biz Laçından keçən yolu itirəcəyik”backend

İşxan Saqatelyan: “Azərbaycan alternativ yol çəkir, biz Laçından keçən yolu itirəcəyik”

Azərbaycan alternativ yol tikir. Nəticədə biz bugünkü Laçından keçən yolu itirəcəyik.

KONKRET.az xəbər verir ki, bu barədə iyunun 10-da Fransa meydanında keçirilən mətbuat konfransında Ermənistan parlamentinin müxalifətdən olan vitse-spikeri, Daşnaksütyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan bildirib.

“Xankəndi istiqamətində dolama yol çəkilir, 2-3 aya istifadəyə veriləcək. Bu yol işləsə, o zaman biz Laçın bölgəsini, o cümlədən Ağavno və bir neçə başqa erməni kəndini tamamilə itirəcəyik. Ən əsası isə bütün kommunikasiyalarımız, yəni qaz və işıq düşmənin nəzarətinə keçəcək. Bu o deməkdir ki, biz tam asılı olacağıq və ermənilərin Qarabağdan çıxarılmasından danışanda bunu da nəzərdə tuturuq”, – Saqatelyan bildirib.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*