İtaliya Qəzzaya üzən xəstəxana göndərəcəkbackend

İtaliya Qəzzaya üzən xəstəxana göndərəcək

İtaliya Qəzza zolağının sahillərinə üzən xəstəxana göndərəcək.

KONKRET.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin rəhbəri Qido Krosetto Romada keçirdiyi mətbuat konfransında deyib.

“Bu gün xəstəxana ilə təchiz edilmiş “Vulkan” gəmisi yola düşəcək, biz onu müharibədən zərər çəkmiş bölgələrə göndərmək istəyirik”, o qeyd edib.

Nazirin sözlərinə görə, gəminin göyərtəsində tibbi ləvazimatlar, əməliyyat otaqları və diaqnostika avadanlıqları var. Krosetto əlavə edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi səhra xəstəxanasının yerləşdirilməsi üzərində işləyir.

Bundan əvvəl İtaliya Qəzza zolağının əhalisinə humanitar yardım məqsədilə Misirə iki hərbi nəqliyyat təyyarəsi göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*