İtaliyada son bir gündə 743 nəfər koronavirusdan öldübackend

İtaliyada son bir gündə 743 nəfər koronavirusdan öldü

İtaliyada son sutka ərzində koronavirusdan 743 nəfər vəfat edib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli brifinqdə bildirib.

O, qeyd edib ki, İtaliyada bu günədək COVID-19 virusundan ölənlərin sayı 6820-yə çatıb: “Son 24 saatda ölkədə 5249 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da İtaliyada koronavirusa yoluxanların sayı 69176-ya çatıb”.

A.Borelli əlavə edib ki, sağalanların sayı 894 nəfər artaraq, ümumilikdə 8326-ya yüksəlib.

Xatırladaq ki, İtaliyada son 3 gündə koronavirusdan ölənlərin sayında azalma müşahidə edilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*