Moskvada “Krokus Siti Hall”da baş verən terror aktında ölən ailənin qızı itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
16 yaşlı Zlata Fiqurina ölənlər və ya yaralananlar siyahısında yoxdur. Lakin onunla hələ də heç bir əlaqə yoxdur. Ailə dostları bildiriblər ki, sonuncu dəfə fövqəladə hadisədən bir neçə dəqiqə əvvəl o, konsertdə olub
Zlatanın valideynləri – Anna və İqor Fiqurinlər şou üçün xüsusi olaraq Orenburqdan gələn qohumları ilə birlikdə “Piknik” qrupunun konsertinə gediblər. Onların adları terror aktı qurbanlarının siyahısında tapılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
