İvanovka yolunda ağır qəza – 1 ölü, 3 yaralı varbackend

İvanovka yolunda ağır qəza - 1 ölü, 3 yaralı var

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında İvanovka-Qalagah-Göyçay avtomobil yolunun 13-cü kilometrliyində, Uştal kəndi ərazisindən keçən hissədə qeydə alınıb.

İlkin məlumata görə, İ.Mahmudovun idarə etdiyi “Ford” markalı avtomobil ilə E.Nağıyevin sürdüyü “VAZ-2106” markalı minik maşını toqquşub.

Qəza nəticəsində “VAZ-2106″nın sərnişini Yeganə Salmanova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Avtomobilin sürücüsü Elxan Nağıyev, eləcə də sərnişinlər İlham Salmanov və Şahmalı Salmanov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*