KONKRET.az xəbər verir ki, Fransanın “Le Figaro” qəzetinin direktor müavini Jan-Kristof Byusson Raşida Datinin Fransanın mədəniyyət naziri təyin edilməsini şərh edərkən onun anti-erməni mövqeyini xatırladıb: “Fransa erməniləri bu gün kədərlidirlər”.
Byusson postunun altında o vaxtkı Fransa prezidenti Fransua Ollandın və Azərbaycan prezidenti İlham Əliyevin təsvir olunduğu 2016-cı ilə aid bir fotoşəkil yerləşdirib. Şəkil on fransız deputat və senatorun Azərbaycan və Ermənistan arasındakı münaqişədə Azərbaycanın xeyrinə qərar qəbul etmək üçün prezident Ollandı BMT-də vasitəçiliyə çağırmasından sonra çəkilib.
“2016-cı ildə Rəşidə Dati “Le Figaro” ilə söhbətində bildirmişdi ki, “Yaxşı azərbaycanlılar pis ermənilərin qurbanı olub”.
Natiq Səlim,
KONKRET.az

Ermənilər və ermənipərəstlər həmişə bizlərə qibtə ediblər. Lakin üzə vurmayıb nifrət ediblər.
Qoy etsinlər. Bizim Şanlı əsgərlərimiz başda Ali Baş Komandan cənab İlham Əliyev olmağla onlara elə bir dəmir yumruq vuruldu ki daha özlərinə gələ bilməzlər. İndi hər hansı müsəlman xaricdə vəzifəyə təyin olunanda paxıllığ edəcəklər.
Yaşasın Azərbaycan Türkiyə dostluğu.