Jirinovskini parlamentdə Slutski əvəz etdi – LDP fraksiyasının sədri o seçildibackend

Jirinovskini parlamentdə Slutski əvəz etdi - LDP fraksiyasının sədri o seçildi

Rusiya Liberal Demokrat Partiyası (RLDP) Dövlət Dumasındakı fraksiyasının yeni sədrini seçib.

KONKRET.az xəbər verir ki, Dumanın Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski fraksiyanın sədri seçilib. Bu barədə RLDP-nin mətbuat katibi Aleksandr Dyupin məlumat verib.

Mayın 17-də partiyanın sabiq sədri Vladimir Jirinovskinin səlahiyyətləri ləğv edilib.

Xatırladaq ki, COVID-19-a yoluxmuş V.Jirinovski aprelin 6-da 75 yaşında xəstəxanada vəfat edib.//AZƏRTAC

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*