Siyasətçi Vladimir Jirinovskinin gödəkçəsi noyabrın 23-də Sankt-Peterburqda hərraca çıxarılacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Hərrac Evinin mətbuat xidməti məlumat yayıb. Lotun başlanğıc qiyməti 200 min rubl təşkil edir.
Bu gödəkçənin tarixçəsi olduğu qeyd edilir. 2020-ci ildə Jirinovski LDPR-TV-də ona müraciət yazan izləyiciyə qarderobundan pencək verəcəyini vəd edib. Qalibə 26 mart 2021-ci ildə televiziya süjetində qeydə olunan hədiyyə verilib.