Jorje Jesus istefa verdibackend

Jorje Jesus istefa verdi

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunu çempion edən portuqaliyalı baş məşqçi Jorje Jesus postundan ayrılıb.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi “X” hesabında məlumat yayılıb.Ətraflı

“Nə unudulmaz bir macəra idi. Necə bir şanlı səhifə yazıldı… Təşəkkürlər, mister!”, – deyə klub portuqaliyalı mütəxəssisə bu sözlərlə vida edib:

Qeyd edək ki, Səudiyyə Pro Liqasının sonuncu – 34-cü turunda “Əl Nəsr” öz meydanında “Damak” klubunu 4:1 hesabı ilə darmadağın edərək xallarını 86-ya çatdırıb və mövsümü çempion kimi başa vurub. Bu, komandanın dünya ulduzu Kriştianu Ronaldonun 2023-cü ildəki gəlişindən sonra əldə etdiyi ilk çempionluqdur.

Xatırladaq ki, Jesus “Əl Nəsr”in sükanı arxasına 2025-ci ilin iyulunda keçmişdi. Buna qədər isə o, Səudiyyə Ərəbistanının digər nəhəngi – 2023-cü ilin yayından rəhbərlik etdiyi “Əl Hilal” klubundan istefaya göndərilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*