Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş 2-ci binanın istifadəyə verilməsindən 2 il ötsə də, hələ də həmin binadakı mənzillərin kupçaları jurnalistlərə verilməyib.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsindən Avropa.info-ya verilən məlumata görə, 22 İyul – Mətbuat Günü mənzillərin kupçalarının jurnalistlərə paylanılması təşəbbüsü olub:”Lakin istismarla bağlı sənədlərdə ləngimə var. Əmlak Komitəsi kupçaların verilmə prosesinə tam hazırdır. Müvafiq istismar sənədləri hazır olan kimi, elə binanın həyətində ünvana qeydiyyat xidməti göstərməyə hazırdırlar. Bu barədə komitə sədri də müvafiq tapşırıqlar verib”.
Konkret.az əməkdaşının əldə etdiyi məlumata görə, kupçaların mənzil sahibinə verilməsini ləngidən dövlət strukturlarından biri də Arxitektura Komitəsidir.