“Kadırov ilk fürsətdə Putinə xəyanət edəcək” – MEDİA – VİDEObackend

"Kadırov ilk fürsətdə Putinə xəyanət edəcək" - MEDİA - VİDEO

“Kadırov ilk fürsətdə Putinə xəyanət edəcək”.

KONKRET.az xəbər verir ki, FreeDom layihəsi bu barədə süjet hazırlayıb. Məlum olduğu kimi, Ramzan Kadırov Çeçenistanı hava hücumundan müdafiə sistemi ilə təmin etmək xahişi ilə Kremlə müraciət edib.

Kadırov belə bir istəyini yeni strateji qərarlarla əsaslandırıb. Onun fikrincə, Çeçenistan hansısa düşmənin hədəfinə çevriləcək. Buna görə də ona müdafiə üçün qabaqlayıcı addım kimi hava hücumundan müdafiə lazımdır.

Ancaq nəinki Ukraynanı, hətta NATO ölkələrini ələ keçirməklə hədələyən Kadırovun dəqiq kimdən qorxduğu bəlli deyil.

Ukraynadakı “tik-tok” qoşunlarının fiaskosundan sonra Kremlin təbəəsi Ramzan boş təhdidləri yaymaqda davam edir.

Kreml “qulluqçu”sunun fikrincə, onun hələ heç bir Qərb dövlətini fəth etməməsinin yeganə səbəbi Putinin hələ də ona əmr verməməsidir.

Jurnalistlər Kadırovun doğulduğu Tsentaroy kəndi yaxınlığında hava hücumundan müdafiə bazası yerləşdirməyi xahiş etməsinə diqqət çəkib. Aydındır ki, Kadırov öz sığınacağını məhz öz kiçik kəndində qurub. Lakin ekspertlər hesab edir ki, onun hava hücumundan müdafiə istəyinin arxasında Ukraynaya təcavüzə görə qisas qorxusu dayanmır. Axı hətta HIMARS üçün yeni raketlər belə Çeçenistana çatmaz.

“Kadırov Putini tərk edib Rusiyadan ayrılmaq qərarına gələrsə, havadan müdafiə sistemi hava təhlükəsindən qorunmağa kömək edəcək”,- süjetdə deyilir.

Yəni, Putinin ən sadiq “nökəri” öz gələcəyi ilə maraqlanır. Birdən Rusiya parçalanmağa başlasa Kadırov Putini yox, özünü müdafiə edəcək.

“Kadırovun hava hücumundan müdafiə sistemi əldə etmək cəhdlərini nəzərə alsaq, hətta Putinin piyadası belə Rusiyanın dağılması ssenarisini kifayət qədər real hesab edir”, – deyə jurnalistlər şərh veriblər.

Onu da əlavə edək ki, jurnalistlər Kadırovun Putinin yerini tutmaqdan çəkinmədiyini də deyirlər.

Həmin süjeti təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*