Kadırovun icazəsi olmadan Rusiya mətbuatına ondan sitat gətirmək QADAĞAN OLUNDUbackend

Kadırovun icazəsi olmadan Rusiya mətbuatına ondan sitat gətirmək QADAĞAN OLUNDU

Kadırovun icazəsi olmadan Rusiya mətbuatına Kadırovdan sitat gətirmək qadağan olunub.

KONKRET.az xəbər verir ki, bunu TASS-ın jurnalisti anonim olaraq “Proekt” nəşrinə deyib. O bildirib ki, Kadırovun icazəsi olmadan Rusiya mətbuatına indi Kadırovdan sitat gətirmək qadağandır.

Jurnalistlərin fikrincə, Ramzan Kadırovun Prezidentin mətbuat katibi Dmitri Peskov və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski ilə münaqişəsindən sonra federal mediaya Çeçenistan rəhbərinin bəyanatlarını yalnız rəhbərliyin sanksiyalarından sonra sitat gətirmək tapşırılıb.

“Növbəti qarşıdurmadan sonra Kadırovdan sitat gətirmək bizə yalnız rəhbərliyin sanksiyasından sonra tapşırılıb”,- deyə TASS jurnalisti bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*