Kanadada antisemitizm meylləri artır – SOS SİQNALIbackend

Kanadada antisemitizm meylləri artır – SOS SİQNALI

Kanadadakı yəhudi icması ölkədə antisemitizm meyllərinin kəskin artmasından narahatdır. 

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kanadada İsrail işləri və yəhudilər üzrə Hüquq Məsləhətxanası Mərkəzinin vitse-prezidenti Riçard Marso danışıb.

Onun sözlərinə görə, Kanadada antisemitizm sinaqoqların, icma mərkəzlərinin və yəhudi biznes məkanlarının yandırılmasında, icma üzvlərinin təqib edilməsində, ali təhsil müəssisələrində yəhudi tələbələrin və müəllimlərin qorxudulmasında özünü göstərir. 2023-cü ilin noyabrında Monreal şəhərində sinaqoq və yəhudi mərkəzi bombalanıb və həmin ay şəhərdə iki yəhudi məktəbində atışma olub.

Toronto polisinin 18 mart tarixli hesabatına istinadən bildirilib ki, yəhudilər əhalinin yalnız bir faizini təşkil etməsə də, şəhərdəki nifrət cinayətlərinin 56 faizi antisemitizmdən qaynaqlanır.

Qeyd edək ki, martın 26-da ABŞ-nin eks-prezidenti Donald Tramp ölkəsində artan antisemitizmdən danışıb və buna İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatların səbəb olduğunu deyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*