Ağdaşda kanalda meyit tapılıb.
KONKRET.az-ın məlumatına görə, hadisə Ağdaş şəhərinin İstiqlal küçəsində baş verib. Belə ki, 1970-ci il təvəllüdlü rayon sakini Musayeva Xədicə İmambala qızının meyiti ərazidən keçən su kanalında aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
