Kanıbek İmanəliyev nazir vəzifəsindən AZAD EDİLDİ – Yeni TƏYİNATbackend

Kanıbek İmanəliyev nazir vəzifəsindən AZAD EDİLDİ - Yeni TƏYİNAT

Kanıbek İmanəliyev Qırğızıstanın təhsil və elm naziri vəzifəsindən azad edilib.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncamı ölkə Prezidenti Sadır Japarov imzalayıb.

Bildirilib ki, İmanəliyev ona həvalə edilmiş vəzifələrini lazımınca yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, bu vəzifəyə düz altı ay əvvəl – 2023-cü il martın 6-da təyin edilib.

Prezidentin digər sərəncamı ilə Ulanbek Usekov Qırğızıstanın müvəqqəti təhsil və elm naziri təyin edilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*