“Karantinlə bağlı verilən qərarların əsası yoxdur” – Millət vəkilindən SƏRT AÇIQLAMAbackend

"Karantinlə bağlı verilən qərarların əsası yoxdur" - Millət vəkilindən SƏRT AÇIQLAMA

Operativ Qərargahın verdiyi qərara əsasən 13 şəhər və rayonda tədbiq edilən sərt karantin rejimi avqustun 31-nə kimi uzadılıb. Bundan əlavə SMS icazə ləğv edilsə də, iri ticarət mərkəzləri, kafe, restoranların və digər iaşə oyektlərinin fəaliyyətinə qoyulan qadağa qüvvədə qalıb.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Razi Nurullayev bildirib ki, karantin rejiminin avqustun 31-nə kimi uzadılmasını doğru hesab etmir:

“Yumşalmaları əsasız hesab edirəm. Hazırda insanların sosial və psixoloji durumu ağırdır. Verilən qərarlar insanlarımızın sosial durumunu və psixologiyasını daha da ağırlaşdırır. Bütün dünyada koronavirusla mübarizə gedir. Azərbaycanda da dünyada olduğu kimi koronavirusla mübarizə aparılır. İnsanların sosial və psixoloji durumunu düşünmədən ancaq virusla mübarizə üçün vətəndaşları və iqtisadiyyatı bu cür qapatmaq düzgün deyil. Başqa formada mübarizə metodu tapılmalıdır. Əgər biz insanları virusdan qorumaq üçün bu addımı atırıqsa, onların üzləşəcəyi maddi çətinlikdən də çıxış yolunu tapmalıyıq. Düşünürəm ki, verilən qərarların əsası yoxdur. Mən sərt karantin rejimi ilə bağlı verilən qərarları dəstəkləmirəm. Bu qərarlar vətəndaşların sosial durumunu ağırlaşdırmaqla yanaşı həm də ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək”.

Nərgiz Mirzəyeva
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*