“Putin oktyabrın 7-də Ukrayna üzərində qələbəsini elan edəcək”.
KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı müxalifət lideri, şahmatçı Harri Kasparov “Obozrevatel” nəşrinə müsahibəsində bildirib. O, Putinin Ukraynaya qarşı müharibədə qələbəsini elan edəcəyi tarixi açıqlayıb.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də, öz doğum günündə Ukraynaya qarşı müharibədə qələbəni elan edə bilər.
Kasparov qeyd edib ki, diktatorlar yubileyləri və “görkəmli” tarixləri sevirlər. Putin oktyabrın 7-də 70 yaşını qeyd edəcək.
“Mən demək olar ki, əminəm ki, oktyabrın 7-də Putinin yubileyinə qələbə elan olunacaq. Diktatorlar yubileyləri çox sevirlər, onun da 70 yaşı tamam olacaq. Düşünürəm ki, qələbənin elanı məhz bu tarix üçün nəzərdə tutulub”, – deyə Kasparov bildirib.
Kasparov qeyd edib ki, Kreml müharibədə qalib gələ bilməyəcəklərini anlayır.
“Düşünürəm ki, onlar planlaşdırdıqları dərəcədə müharibədə qalib gələ bilməyəcəklər. Bu da o deməkdir ki, alınmış ərazilərdə mövqeləri bərkitmək və güclü mövqedən danışıqlar aparmaq lazımdır”,- deyə Kasparov izah edib.
Kasparovun fikrincə, yaxın bir neçə həftə həlledici olacaq və Xersonun azad edilməsi müharibədə dönüş nöqtəsi ola bilər.
O qeyd edib ki, Ukraynanın son bir neçə gündə əldə etdiyi uğurlar Rusiyanın hücumunu ləngidib və işğalçılar arasında çaxnaşma yaradıb.
Xatırladaq ki, HIMARS cəbhədə oyun qaydalarını dəyişib. Ukrayna Silahlı Qüvvələri düşmənin mövqeyini mümkün qədər çətinləşdirmək və əks hücuma keçmək üçün bir neçə həftəlik fasilə verib.
Xuraman Etibarlı,
KONKRET.az
