Keçmiş nazirin “sağ əli” də həbs olundu – İDDİAbackend

Keçmiş nazirin “sağ əli” də həbs olundu - İDDİA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş Aparat rəhbəri Əjdər Ol (Cəbiyev) Səbail Məhkəməsinin qərarı ilə 4 ay müddətinə azadlıqdan məhrum olunub.

KONKRET.az xəbər verir ki, bu haqda “Hürriyyət” qəzeti məlumat yayıb.

Xəbərə görə, Əjdər Cəbiyev ƏƏSMN-də çalışdığı dönəmdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməkdə ittiham edilir.

Qeyd edək ki, Ə.Cəbiyev keçmiş nazir Səlim Müslümovun “sağ əli” kimi tanınırdı.

Xatırladaq ki, 2018-ci ildə fəaliyyətində ciddi korrupsiya əməlləri aşkarlanan sabiq nazir Səlim Müslümovun üzərindən 3 il keçdikdən sonra həbs olunub. S.Müslümov nazir işlədiyi dövrdə korrupsiya əməllərinə bulaşdığı üçün DTX tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*