Keçmiş SEPAH komandiri: “İsraillə bağlı qərar verilib”backend

Keçmiş SEPAH komandiri: "İsraillə bağlı qərar verilib"

“İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalının ölümü ilə nəticələnən hücuma görə İsraildən qisas almaq qərarı artıq verilib və mütləq həyata keçiriləcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı, general Möhsün Rezai deyib.

O İran xalqını əmin edib ki, bu qərar sionist rejimi peşman edəcək.

Qəzza zolağındakı vəziyyətdən danışan general, İsrailin dərin bataqlıqda ilişib qaldığını və özünü xilas etmək üçün istənilən cinayəti törətməyə hazır olduğunu vurğulayıb. Onun fikrincə, İsrail ordusunun həm müdafiədə, həm də girovlarını azad etmək cəhdində biabırçı məğlubiyyəti onu ciddi şəkildə sarsıdıb və reputasiyasının itməsinə səbəb olub.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*